Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib

12.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Qeyd edilib ki, daha sonra Agentliyin rəisi, general-mayor İlqar Abbasov görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstəsi qoyub.

Heydər Əliyevin anım günü ilə bağlı tədbir Agentliyin aparatında davam etdirilib və tədbirin sonunda Ümummilli liderin xatirəsinə həsr olunmuş sənədli filmə baxılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью