Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib AZƏRTAC

12.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 dekabr, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib, məzarı üzərinə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıb.

Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daha sonra qurumun rəisi, general-mayor İlqar Abbasov görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstəsi qoyub.

Sonra Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir Agentliyin aparatında davam edib.

Tədbirin sonunda Ümummilli Liderin xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью