Strateji səhvi düzəltmək üçün hələ də GEC DEYİL İLHAM İSMAYIL YAZIR... | Icma.az
Moderator.az saytına istinadən Icma.az xəbər verir. İstənilən sahədə, münasibətlərdə səhv etmək mümkündür, o cümlədən siyasətdə də.
Amma, siyasətdə strateji səhv çox vaxt geridönməz olur, ağır nəticələrə gətirib çıxarır.
30 il bundan əvvəl 1994-cü ilin dekabrın 5-də Budapeştdə Nüvə silahının yayılmaması müqaviləsinə Ukraynanın qoşulması ilə bağlı ona təhlükəsizlik təminatlarını təmin etmək üçün Rusiya, ABŞ, Böyük Britaniya tərəfindən memorandum imzalanmışdı, eyni zamanda digər nüvə gücləri sayılan Çin və Fransa isə ayrı-ayrı sənədlərdə bir qədər zəif fərdi təminatlar vermişdirlər.
Bu sənəd Ukraynanın o dövr üçün dünyada nüvə arsenalına görə üçüncü yerdə olmasından könüllü imtina etməsi müqabilində onun suverenliyini, ərazi bütövlüyünü təmin etməli idi.
Amma, 2014-cü ildə sənədi imzalayan və təminatçı funksiyasını üzərinə götürən Rusiya Federasiyası öhdəliyini pozaraq Ukrayna ərazilərini işğal etməyə başladı.
Bu işğala görə ciddi beynəlxalq təzyiqlə üzləşməyən Rusiya 2022-ci iliin fevralın 24-də Ukraynaya irimiqyaslı hərbi təcavüzə başladı.
Bu təcavüz beynəlxalq hüququn, BMT Nizamnaməsinin pozulmasıdır.
2014-cü ildə Krım bütövlükdə, Donbasın isə yarısı işğal olunanda bu sənədi imzalayan digər təminatçı dövlətlər “zərərin yarısından da dönmək qənimətdir” prinsipinə də əməl etmədilər.
Tam oxu
Xəbəri oxu