Strateji tərəfdaşlıq Azərbaycan İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb

03.02.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 3-də İtaliyanın ölkəmizdəki səfiri Luka Di Canfrançesko ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Adil Kərimli Azərbaycan ilə İtaliya arasında uzun illərdir mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq üçün əlavə zəmin yaratdığını deyib.

Qeyd olunub ki, iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri üzrə əlaqələr ildən-ilə inkişaf edir. Əməkdaşlıq tarixi-mədəni irsin qorunması və bərpası, musiqi, teatr, incəsənət təhsili, memarlıq, dizayn və s. kimi geniş spektri əhatə edir. Nazir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin aktiv fəaliyyətini xüsusi vurğulayıb.

Səfir Luka Di Canfrançesko görüşə görə təşəkkürünü bildirib, ölkəsinin Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyib. Diplomat həmçinin Heydər Əliyev Fondunun İtaliya və Vatikanda tarixi-dini mirasın bərpasına verdiyi töhfələri minnətdarlıqla yada salıb.

Söhbət zamanı İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti xüsusi qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью