Strateji tərəfdaşlıq, qardaşlıq və qarşılıqlı etimad ŞƏRH

20.11.2026

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dövrdə müstəqil Azərbaycanın beynəlxalq nüfuzu və regiondakı liderlik mövqeyi gündəngünə artır. Son illərdə xarici siyasəti sahəsində fəaliyyəti nəzərəçarpacak dərəcədə dinamikliyi ilə fərqlənən Azərbaycanın Asiya ölkələri ilə strateji tərəfdaşlıq, qardaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan münasibətlər uğurlu şəkildə inkişaf edir. Prezident İlham Əliyevin Asiya ölkələrinə səfərləri əlaqələrin səviyyəsini daha da artırır.
Hazırda müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi mərkəzlərin şaxələnməsi fonunda Azərbaycan da öz əməkdaşlıq coğrafiyasını daha da genişləndirir. Respublikamızın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, nüfuzunun və etibarlı tərəfdaş rolunun artması həm rəsmi Bakı ilə münasibətləri genişləndirmək istəyən dövlətlərin sayını artırır, həm də tarixi əlaqələrə malik ölkələrlə yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına zəmin yaradır. Belə dövlətlərdən biri də ölkəmizin çoxillik əlaqələrə malik olduğu Vyetnamdır.
Bu gün Azərbaycan qlobal iqtisadi proseslərin sürətlə dəyişdiyi, beynəlxalq ticarət və investisiya münasibətlərinin yeni məzmun daşıdığı bir zamanda iqtisadi tərəfdaşlıq coğrafiyasını genişləndirməyə xüsusi önəm verir. Asiyanın sürətlə inkişaf edən ölkələrindən biri olan Vyetnamla münasibətlər iqtisadi əlaqələrin şaxələndirilməsi, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişafından dolayı xüsusi əhəmiyyət kəsb edir.
Tarixi köklər üzərində qurulan münasibətlər müasir dövrdə yüksəksəviyyəli siyasi dialoqla yeni dinamika qazanıb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət, Vyetnamın Prezidenti Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana rəsmi səfərləri ikitərəfli əlaqələrin institusional əsaslarını möhkəmləndirib. Bu xəttin məntiqi davamı kimi 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, hazırda həm də Vyetnam Sosialist Respublikasının Prezidenti olan To Lamın Azərbaycana dövlət səfəri, səfər çərçivəsində “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi Bakı-Hanoy münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarıb. Bu sənəd təkcə ikitərəfli əlaqələri deyil, həm də Azərbaycanın Cənub-Şərqi Asiyada, Vyetnamın isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlıq imkanlarını genişləndirir.
Prezident İlham Əliyev: “Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir.” Digər sahələrlə yanaşı Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin əsas istiqamətlərindən birini qarşılıqlı ticarət təşkil edir. Azərbaycan-Vyetnam ticarət əlaqələri son illər dəyişkən dinamika nümayiş etdirir. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 594,6 milyon dollar təşkil edib. 2024-cü ildə isə bu göstərici 223,93 milyon dollara qədər azalıb. Rəqəmlər qarşılıqlı ticarətdə mövcud dalğalanmaları göstərməklə yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması üçün əhəmiyyətli potensialın olduğunu da ortaya qoyur. Sadalanan rəqəmlər qarşılıqlı ticarətdə mövcud dalğalanmaları göstərməklə yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması üçün əhəmiyyətli potensialın olduğunu da ortaya qoyur.
Cənab İlham Əliyevin bildirdiyi kimi:” Dost Vyetnama səfərimi səbirsizliklə gözləyirəm. Əminəm ki, bu, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq.Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir.”
Azərbaycan Prezidentinin Vyetnam Sosialist Respublikasına səfəri strateji tərəfdaşlıq, qardaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan münasibətlərin uğurlu inkişafına yeni töhfələr verəcəkdir.

Seyfəddin Əliyev
YAP Masallı rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью