Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan iqtisadi potensialı və enerji resursları sayəsində geosiyasi məkanda mühüm mövqe tutur.
Son illərdə qlobal logistika layihələrində ölkəmizin fəal iştirakı bu mövqeni daha da gücləndirir.
Bu amillər Azərbaycanın xarici siyasətinə birbaşa təsir göstərir və ölkəmizi beynəlxalq münasibətlər sistemində önəmli aktora çevirir.
Bu gün Azərbaycan regionda və qlobal səviyyədə mövqeyi nəzərə alınan, fikrinə hörmətlə yanaşılan, qərarların formalaşmasında iştirak edən strateji əhəmiyyətə malik bir dövlətdir.
Prezident İlham Əliyevin qlobal liderliyi, yüksək siyasi nüfuzu və həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.
Ölkə başçısının Qazaxıstana səfəri və ona göstərilən yüksək səviyyəli qonaqpərvərlik qeyd olunanların təsdiqidir.
Prezident İlham Əliyevin Astanada keçirdiyi görüşlər, birgə bəyanatlar və xüsusilə Azərbaycan Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası mühüm məqamlarla yadda qaldı.