Stres nə vaxt təhlükəli olur? PSİXOLOQ AÇIQLADI

04.02.2026

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Stres ümumiyyətlə insanın qəlqinliyi ilə bağlı bir vəziyyətdir və bu, həyatın təbii bir hissəsi sayılır. Lakin insanın stres yaşaması yalnız psixoloji vəziyyətinə deyil, həm də bədəninə mənfi təsir göstərə bilər. Psixosomatik problemlər – məsələn, baş ağrısı, mədə narahatlığı, yuxusuzluq və ya ürək döyüntülərində artım – tez-tez uzunmüddətli və idarə olunmayan stresin nəticəsi olaraq ortaya çıxır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, stresi idarə etmək üçün ilk addım insanın həyatını düzgün planlaşdırmasıdır:

"Sağlamlığa diqqət yetirmək, gündəlik fəaliyyətdə balans yaratmaq, enerji sərfini düzgün bölmək və mənfi təsirləri minimuma endirmək stresin idarə olunmasında əsas rol oynayır. İnsan, bacardığı qədər özünü yormamalı və mümkün qədər neqativ hadisələrdən uzaq durmalıdır. Amma stress nə vaxt təhlükəli olur? O zaman ki, artıq insanın sinir sistemi zədələnir, psixikasına mənfi təsir göstərir və gündəlik həyatı çətinləşdirir. Bu vəziyyətdə insan psixiyatrik problemlər yaşayır və bəzən peşəkar yardım, yəni psixiatrın müdaxiləsi lazım olur. Yəni, stresin təhlükəli olması onun idarə olunmaz hala gəlməsi ilə bağlıdır.

Ümumiyyətlə, hər bir insan həyatında idarə etməyi bacardığı şeylərlə daha rahat yaşaya bilir. Eyni prinsip stres üçün də keçərlidir: əgər insan stresini idarə edə bilir, o zaman həm psixoloji, həm də fiziki sağlamlığını qoruyur və həyatını daha rahat yaşaya bilir. Streslə daha yaxşı mübarizə aparmaq üçün ən vacib faktorlardan biri düzgün nəfəs almaqdır. Dərin və ritmik nəfəs, insanın sinir sistemini sakitləşdirir və stresli vəziyyətlərdə ona kontrol hissi verir. Bundan əlavə, insan özünü nədə xoşbəxt və rahat hiss edirsə, o fəaliyyətlərə daha çox vaxt ayırmalıdır. Həyatımızda bizi xoşbəxt edən, enerji verən fəaliyyətlərə fokuslanmaq stressin təsirini əhəmiyyətli dərəcədə azaldır və bizi daha tez "təkrar balans vəziyyətinə" gətirir. Beləliklə, stress həyatın ayrılmaz bir hissəsidir, amma onun bizi idarə etməsinə imkan verməmək – bizim əlimizdədir. Həyatı planlamaq, enerji və diqqəti düzgün yönləndirmək, mənfi təsirlərdən qorunmaq, nəfəs və rahatlıq texnikalarını tətbiq etmək, həmçinin xoşbəxt edən fəaliyyətlərə yönəlmək streslə mübarizədə ən effektiv yollar arasındadır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью