Icma.az, Saglamolun saytına istinadən bildirir. Stress orqanizmdə əsəb sisteminin normal vəziyyətdən kənara çıxması prosesidir.
Stressin o qədər çox formaları var ki, buna tərif vermək çox çətindir. Hər bir insan stressi müxtəlif formada qəbul edir.
Vəziyyətə görə stress həm faydalı, həm də zərərli ola bilər.
Performansımız üçün bizi motivasiya edirsə və həyatımızda müsbət dəyişikliklərə gətirib çıxarırsa, bu stress faydalıdır.
Stress olmasaydı, həyat darıxdırıcı, sıxıcı olar və heç bir şəkildə biz rahat yaşaya bilməzdik.
Ekspress.az bildirir ki, psixoloq Fidan Məmmədzadənin sözlərinə görə, stress yuxu rejimini tarazlayan serotonin və melatonin hormonlarına təsir edir və bunun nəticəsində yuxusuzluq problemi yaranır.
Yuxusuz qalmaq isə baş ağrısı, təzyiq balanssızlığı, həzm problemləri və immunitet sisteminin zəifləməsi kimi simptomlarla sosial həyatda problemlər yaradır.
"Stressi ümumiyyətlə iki kateqoriyaya ayıra bilərik - xəbərdar edən və ya reaksiya.