Stresi necə azaltmaq olar? AÇIQLAMA

19.03.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yekaterina Orlova bildirib ki, stresi azaltmaq üçün ot, çınqıl, iri duz, mamır və ya plastilin kimi əşyalara toxunmaq effektiv üsullardan biridir. Onun sözlərinə görə, taktil stimulyasiya xüsusi reseptorları aktivləşdirir və emosional vəziyyətin könüllü şəkildə tənzimlənməsinə kömək edir.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Mütəxəssis Piroqov Universitetinin Klinik psixologiya və sosial iş institutunun nümayəndəsi kimi qeyd edib ki, təbiət obyektləri ilə təmas ot örtüyü, torpaq, qum və ağac qabığı ilə kontakt sakitləşdirici təsir göstərir. Bu zaman orqanizmdə stress hormonu olan kortizolun səviyyəsi azalır.

Onun sözlərinə görə, stres zamanı insanın düşüncələri ya keçmişə yönəlir (“fikri təkrarlama”), ya da gələcəklə bağlı narahatlığa çevrilir. Güclü taktil siqnallar isə bu düşüncə axınını kəsir və insanı “indiki an”a qaytarır.

Psixoloq əlavə edib ki, hamar səthlərə məsələn, çınqıl və ya şüşəyə toxunmaq diqqətin strukturlaşmasına kömək edir və sabitlik hissi yaradır. Kobud səthlər ağac qabığı və ya iri duz daha çox reseptoru aktivləşdirərək insanın fiziki olaraq mövcudluğunu hiss etdirməyə kömək edir.

Eyni zamanda, yumşaq və elastik materiallarla mamır, xəz və plastilinlə təmas əzələ tonusunu azaldır, nəticədə sakitlik və təhlükəsizlik hissi formalaşır.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью