Streslə mübarizədə kələm faydalıdır

13.11.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Həkim-dietoloq Lyudmila Denisenko bildirib ki, gəzintilər, meditasiya və düzgün qidalanma stresslə mübarizədə kömək edir.

Redaktor.az xəbər verir ki, KP.RU ilə söhbətində o, stress zamanı hansı qidaların faydalı olduğunu izah edib.

Denisenko qeyd edib ki, gərginlik zamanı tünd şokolad xüsusilə faydalıdır. Həkim izah edib ki, şokoladda olan maddələr endorfinlərin - yəni xoşbəxtlik və zövq hormonlarının - ifrazını artıra bilər. Onun sözlərinə görə, təxminən 40 qram tünd şokolad, yəni 4-5 dilim kifayətdir.

Dietoloq həmçinin qidalanmaya kələm növlərini əlavə etməyi tövsiyə edib: Brüssel kələmi, baş kələm, brokoli. Denisenko bildirib ki, xaçgül ailəsinə aid bütün tərəvəzlər stress və depressiya səviyyəsini azaltmağa kömək edən maddələr ehtiva edir. Bundan əlavə, onların tərkibində olan kükürd birləşmələri orqanizmdə fermentlərin istehsalını stimullaşdırır və xərçəng hüceyrələrinin böyüməsini dayandırır.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью