Stressi azaltmağa kömək edən 7 qida

18.09.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bolqar bibəri, kivi və giləmeyvələr orqanizmdə C vitamini ehtiyatını bərpa etməklə stress səviyyəsinin azalmasına kömək edə bilər. Çünki emosional gərginlik zamanı orqanizm C vitaminini daha sürətlə sərf edir. Bu barədə NEWS.ru-ya nutrisioloq və qidalanma davranışı üzrə məsləhətçi Veronika Serqunina məlumat verib.

Mütəxəssisin sözlərinə görə, stress zamanı böyrəküstü vəzilər çoxlu resurs sərf edir. Buna görə də orqanizmin bu ehtiyatları mütəmadi şəkildə bərpa etməyə ehtiyacı yaranır.

Maqnezium çatışmazlığının qarşısını almaq üçün rasiona tünd yaşıl yarpaqlı tərəvəzlər, balqabaq tumları, qoz-fındıq və tərkibində ən azı 85 faiz kakao olan tünd şokoladın əlavə edilməsi tövsiyə olunur.

Ekspert həmçinin elektrolit balansını dəstəkləmək üçün səhərlər suya bir çimdik dəniz duzu əlavə etməyi məsləhət görüb.

Serquninanın sözlərinə görə, quş əti, balıq və yumurtadan alınan keyfiyyətli zülal da vacibdir. O, orqanizmdə hormonların sintezində iştirak edir.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью