Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kolorado Universitetinin alimləri sübut ediblər ki, həftədə cəmi bir neçə dəfə bağçılıqla məşğul olmaq stresi əhəmiyyətli dərəcədə azaldır.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri ilə bağlı "AP News" məlumat yayıb.
Araşdırmada iki qrup iştirak edib: birinci qrup ictimai bağda çalışaraq toxum və şitillərlə bağlı məşğələlərdə iştirak edib, ikinci qrup isə iki il ərzində ümumiyyətlə bağçılıqla məşğul olmayıb.
Nəticədə bağçılıqla məşğul olanlarda sosial əlaqələr güclənib, stress səviyyəsi aşağı düşüb, həmçinin onların fiziki aktivliyi həftəlik orta hesabla 42 dəqiqə artıb.
Bundan başqa, yığdıqları məhsul hesabına lif qəbulu 7% çoxalıb.
Mütəxəssislər bildirirlər ki, bağçılıq anksiyete və depressiyanın simptomlarını azaldır, sakitlik hissini artırır.
Hətta bu sahə "bağçılıq terapiyası" kimi ayrıca istiqamətə çevrilib.