Stritliftinq üzrə dünya çempionatına qatılacaq Azərbaycan yığmasının heyəti bilindi | Icma…
Icma.az bildirir, Fanat portalına istinadən. Niderlandda stritliftinq üzrə keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan yığması
Fanat.Az xəbər verir ki, məlumatı Bodibildinq və Fitnes Federasiyasının mətbuat xidməti yayıb.
Yarışda baş məşqçi Bəxtiyar Quliyev, məşqçilər Vüsal Mərdanov və Camal Əhmədzadənin rəhbərliyi altında Hikmət Balayev (turnik), Babək Bağırlı (paralel qol) və Zamin Məmmədov (paralel qol və turnik) iştirak edəcəklər.
Qeyd edək ki, stritliftinq üzrə dünya çempionatı bu il iyulun 12-13-də təşkil olunacaq.
Yığmanın heyəti Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunmuş strikt körl və stritliftinq üzrə ölkə çempionatında müəyyənləşib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu