Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Finlandiya Prezidenti Aleksandr Stubb Avropa ölkələrinin Rusiya ilə gələcək təhlükəsizlik münasibətlərini yalnız Ukraynada müharibə başa çatdıqdan sonra müzakirə edə biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, Stubb bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Avropa liderləri Rusiya ilə danışıqların məsuliyyətini ABŞ-ın üzərinə qoymamalı, Vladimir Putinlə birbaşa dialoqa hazır olmalıdırlar.
Stubb qeyd edib ki, Rusiya ilə NATO və Avropa İttifaqı arasındakı münasibətlər, nüvə silahlanması yarışı və silahlara nəzarət məsələləri müzakirə oluna bilər.
Lakin bu danışıqlar Ukraynada müharibə başa çatmadan başlamamalıdır.
Finlandiya prezidenti vurğulayıb ki, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və geosiyasi seçim azadlığı müzakirə mövzusu ola bilməz.
Bizim.Media