Stubb Putinlə bağlı həmin iddiaları təkzib etdi

01.11.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya Prezidenti Vladimir Putinin Norveçin Baş naziri Yonas Qar Störe və onunla telefon danışığı zamanı tarix mövzusunda mühazirə oxuması barədə yayılan məlumatları təkzib edib.

Modern.az xəbər verir ki, Stubb Yle telekanalına müsahibəsində bu iddiaların həqiqətə uyğun olmadığını bildirib.

Xatırladaq ki, telefon danışığı çərşənbə axşamı Helsinki və Oslonun təşəbbüsü ilə baş tutub. Söhbətin əsas mövzusu Ukrayna müharibəsi olub. Putin uzunmüddətli razılaşmanın əldə olunması üçün Moskvanın qanuni maraqlarının tam nəzərə alınmalı olduğunu vurğulayıb. O, həmçinin Aİ və NATO-nun qarşıdurma siyasətinin hərbi əməliyyatların uzanmasına səbəb olduğunu bildirib.

Qeyd edək ki, “Financial Times” oktyabrın 27-də dərc etdiyi məqalədə Putinin telefon danışığının böyük hissəsini orta əsr slavyan tarixinə dair mühazirəyə həsr etdiyini yazmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью