Stubb: Rusiya Ukraynada müharibənin dayanması üçün danışıqları bloklayır

23.08.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Finlandiya Prezidenti Aleksandr Stubb hesab edir ki, Rusiya Ukraynada müharibənin dayanması üçün danışıqları bloklayır.

"Yeni Sabah" xəbər verir ki, A. Stubb bunu avqustun 23-də ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

"Mən hesab edirəm ki, ukraynalılar danışıqlar zamanı praqmatik həllər axtarırlar, lakin məhz ruslar konkret nəticələr nümayiş etdirmirlər. Amerikalılar isə təqdim edilə biləcək real bir nəticənin olduğunu hiss etməyincə Moskvaya və ya Kiyevə gəlməyəcəklər", - Finlandiya Prezidenti vurğulayıb. Marqarita pizza

A. Stubb həmçinin bildirib ki, iki günlük işin və Kiyev görüşlərinin öz qiymətləndirməsini o şəxsən Vaşinqtona ötürəcək ki, bundan sonrakı qərarların qəbuluna kömək etsin.\"Report"


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью