Stubb: “Ukrayna çətin seçim etməli olacaq”

29.04.2025

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Finlandiyanın prezidenti Aleksandr Stubb “The New York Times (NYT)” nəşrinə müsahibəsində belə deyib.
Bununla belə, o, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini Helsinkinin Rusiyanın tərkib hissəsi kimi tanımadığını bildirib.
Finlandiya prezidenti əvvəllər danışqıalrda iştirak edən amerikalıların ABŞ-nin Krımı Rusiyanın bir hissəsi kimi tanıyacaq sülh planı layihəsini hazırladığına diqqət çəkib. Lakin Ukrayna və avropalılar əks təklif veriblər ki, Moskva da bu təklifi rədd edib.
“Mən bu iki təklifi elə bir şəkildə restrukturlaşdırmağı təklif edirəm ki, hazırda razılığa gəlmək imkanı yaradaq. Amma gələcək təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi Ukrayna dişinə qədər silahlanmalıdır”, - Aleksandr Stubb vurğulayıb.
Qeyd edək ki, Finlandiya prezidenti Ukrayna problemi ilə bağlı sərt anti-Rusiya bəyanatları ilə seçilən Avropa liderlərindən biridir. Lakin, görünür, Vaşinqtonun Kiyevə göstərdiyi təzyiqlər bir sıra avroplalı siyasətçilər kimi onu da öz ritorikasını yumşaltmağa və Kiyevin ərazi güzəştlərinə getməsi zərurətini dilinə gətirməyə vadar edir.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью