Stubb: “Ukrayna üzrə danışıqlar yaxın 2 həftə ərzində baş tuta bilər”

12.11.2026

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Düşünürəm ki, avropalıların danışıqlar masasına oturması üçün real ehtimal var”

“Rusiya, ABŞ, Ukrayna və Avropa arasında texniki danışıqlar növbəti iki həftə ərzində baş tuta bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Finlandiya Prezidenti Aleksandr Stubb CNN aparıcısı Kristian Amanpura verdiyi müsahibədə deyib.

"Düşünürəm ki, avropalıların danışıqlar masasına oturması üçün real ehtimal var. Təkcə bu, irəliləyiş olardı. Ona amerikalılar, ukraynalılar, ruslar və avropalıların iştirakı ilə növbəti bir-iki həftə ərzində texniki səviyyədə baş tuta biləcək yeni bir görüşün ehtimalını da əlavə etsək, bu da irəliyə doğru bir addım olardı", - Finlandiya lideri qeyd edib.

Stubbın sözlərinə görə, Avropa nümayəndələrinin mümkün danışıqlarda iştirakı ilə bağlı son qərarı Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью