Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya Bundesliqası təmsilçisi "Ştutqart" Fransanın "Renn" klubundan Lorents Assinyonu transfer edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ştutqart təmsilçisi müdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, L.Assinyon 2024/2025 mövsümündə “Renn”in heyətində 34 matça çıxıb, 3 qola, 4 məhsuldar ötürməyə imza atıb.