“Ştutqart” “Bayern”in hücumçusunu istəyir

09.11.2024

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bayern”in hücumçusu Matteyis Tell yanvar ayında icarəyə verilə bilər.

Apasport.az “Bild”-ə istinadən xəbər verir ki, fransalı futbolçunu icarəyə götürməkdə “Ştutqart” maraqlıdır.

Tell az oyun vaxtı qazanır, buna görə də, Münhen klubu yanvarda gələcək təklifləri dəyərləndirməyə hazır olacaq.

Əvvəllər “Verder” və “Nottingem Forest”in 19 yaşlı forvardı transfer etməyə hazır olduqları bildirilirdi.

Tell “Bayern”in heyətində cari mövsümdə bütün yarışlarda iştirak etdiyi 7 matçda 2 dəfə start heyətində meydana çıxıb.

UEFA İstanbul klubundan üzr istəyib Mourinyo “Fənərbaxça”nı tərk edir?! “Nottingem Forest”in baş məşqçisi mükafatlandırılıb Premyer Liqada ayın futbolçusu bəlli olub "Mançester Siti" və "Bavariya" türkiyəli futbolçu üçün yarışacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью