Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Ştutqart"ın qapıçısı Fabian Bredlov "Bavariya"ya təklif olunub. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Bredlov gələn mövsüm Münhen klubunda Jonas Urbiqin əvəzləyicisi ola bilər. Artıq ilkin danışıqlar aparılıb, lakin hələlik heç bir konkret razılaşma əldə olunmayıb.
Bredlovun "Ştutqart"la müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Müqavilədə həmçinin qapıçının müəyyən sayda oyunda iştirak edəcəyi təqdirdə qüvvəyə minəcək avtomatik uzadılma bəndi də mövcuddur. Bununla yanaşı, bir sıra digər klublar da ona maraq göstərir.
Qeyd edək ki, qapıçı 2019-cu ildən "Ştutqart"ın formasını geyinir. O, cari mövsümün ilk dörd turunda meydana çıxıb. Buna səbəb Dennis Zaymenin zədə səbəbindən sıradan çıxması olub.