Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Millətlər Liqasının yarımfinalında İspaniya və Fransa milliləri üz-üzə gəlib.
“Ştutqart Arena”da keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Niko Uilyams hesabı açıb.
İspaniya Merinonun 25-ci dəqiqədə vurduğu qolu ilə ilk hissəni 2:0 öndə tamamlayıb.
Yamal 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı 3:0-a çatdırıb. İspaniya 55-ci dəqiqədə Pedrinin qolu ilə fərqi 4-ə çatdırıb.
Mbappe 59-cu dəqiqədə ağ nöqtədən fərqlənərək hesabı 4-1 edib. 67-ci dəqiqədə yenidən səhnəyə çıxan Yamal hesabı 5-1 edib.
Fransa 79-cu dəqiqədə Çerkinin qolu ilə fərqi bir daha azaldıb. 84-cü dəqiqədə Vivianın avtoqolu ilə hesabı 5-3 edib.
Kolo Muaninin 90+4-cü dəqiqədə vurduğu qol fərqi 1-ə endirib.