Ştutqart”ın futbolçusu “radar”da

17.11.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Liverpul” müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq və gələcəyi hələ də qeyri-müəyyən olan Vircil van Deykin yerinə “Ştutqart”ın 20 yaşlı müdafiəçisi Finn Yelçi transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə almaniyalı jurnalist Kristian Falk məlumat yayıb.

Mersisayd təmsilçisi həm mərkəz, həm də sağ cinahda oynaya bilən gənc futbolçunu izləmək üçün Almaniyaya skautlarını göndərib. 2025-ci ilin yayında “Nürnberq”dən transfer olunan və Sebastyan Hönessin rəhbərliyi altında 63 rəsmi matça çıxan Yelç üçün “Liverpul”la yanaşı, “Barselona” və “Bavariya” da mübarizə aparır.

Bununla belə, Falk futbolçunun İngiltərəyə yollanacağına inanmır. Jurnalistin fikrincə, Yelç karyerasının növbəti mərhələsində Bundesliqada qalmağa üstünlük verəcək ki, bu da “Bavariya”nı transfer yarışında favoritə çevirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью