futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın “Ştutqart” klubu “Feyenoord”un hücumçusu Leo Sauerin keçidini rəsmiləşdirib.
Futbolpress.az xəbər verir ki, 20 yaşlı slovakiyalı vinger Bundesliqa təmsilçisi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. “Transfermarkt” portalı bu keçidin dəyərini 14,9 milyon avro kimi qiymətləndirib. Gənc futbolçu yeni komandasında 44 nömrəli formada çıxış edəcək.
Sauer Niderland çempionatında keçirdiyi 64 matçda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, Slovakiya millisinin heyətində də 11 oyuna çıxıb.