futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Almaniyanın “Ştutqart” klubunun yetirməsi Sebastyan Hertner vəfat edib.
Futbolpress.az xəbər verir ki, 34 yaşlı müdafiəçi avtomobil qəzasında dünyasını dəyişib.
Hertner “Ştutqart”ın yetirməsi olub. O, “Lübek”, “Dinamo”, “Darmştadt” kimi klublarda forma geyinib. Sebastyan Almaniyanın U-19 millisində 5 oyun keçirib.
Mərhumun son klubu Regional Liqa təmsilçisi “ETSV Hamburq” olub.