Su altında qaldı, komaya düşdü...

15.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Türkiyənin Alanya şəhərində otelin hovuzunda batan rusiyalı qadın komaya düşüb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 13-də Bieno Club SVS Hotel 4*-də baş verib.

Qadının həyat yoldaşının sözlərinə görə, kamera görüntülərində onun təxminən beş dəqiqə hovuzda üzdüyü, daha sonra isə qəfil suya batdığı görünür.

Qonaqlardan biri qadının sudan çıxmadığını görərək suya girib və onu xilas etməyə çalışıb. Daha sonra xilasedici də suya tullanıb.

Qadının həyat yoldaşı bildirib ki, zərərçəkən təxminən iki dəqiqə yarım suyun altında qalıb. Xilasedicilər və o, qadına ürək-ağciyər reanimasiyası tətbiq etməyə çalışıblar. Təxminən beş dəqiqə sonra təcili tibbi yardım hadisə yerinə gəlib.

Hazırda qadın huşsuz vəziyyətdədir və süni tənəffüs aparatına qoşulub.

Məlumata görə, ailə səfərdən əvvəl “İnqosstrax” sığorta şirkətindən sığorta polisi alıb. Lakin şirkət qadının qanında spirt aşkarlandığını əsas gətirərək müalicə xərclərini ödəməkdən imtina edib.

Xəstəxanada müalicənin gündəlik xərci 1000 dollar təşkil edir. Ailədən hazırda 3000 dollar ödəniş tələb olunur.

Qadının həyat yoldaşı Rusiyanın Türkiyədəki səfirliyi və Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. O, həmçinin həyat yoldaşının müalicəsinin Rusiyada davam etdirilməsi üçün ölkəyə aparılmasının mümkünlüyünü araşdırır.

Murad İsmayıl 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью