Su borusundan kişi meyiti tapıldı BU ÖLKƏDƏ

09.09.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ermənistanın paytaxtı İrəvanda Hrazdan dərəsində yerləşən su borusundan kişi meyiti aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Hadisə ilə bağlı siqnal sentyabrın 9-da saat 08:20 radələrində daxil olub. Əraziyə yanğınsöndürən və xilasedicilər cəlb edilib.

Meyit sudan çıxarıldıqdan sonra polis materialları İstintaq Komitəsinə təqdim edib və cinayət işi başlanıb.

Hazırda hüquq-mühafizə orqanları mərhumun şəxsiyyətini və ölüm səbəbini müəyyənləşdirir.

Murad İsmayıl 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью