“Su ehtiyatlarının idarə edilməsində dövlətözəl tərəfdaşlıqlarının rolu” mövzusundakı pane…
Icma.az bildirir, Moderator.az portalına istinadən. Azərbaycan digər ölkələr kimi artan tələbat və məhdud resurslar fonunda davamlı su təchi
Bu problemə perspektiv həllərdən biri Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kontekstində dövlət-özəl tərəfdaşlıqların potensialıdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) müşaviri Əsəd Şirinov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Su ehtiyatlarının idarə edilməsində dövlət-özəl tərəfdaşlıqlarının rolu” mövzusundakı panel sessiyada bildirib.
Ə.Şirinov qeyd edib ki, COP29-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi iqlim problemlərinə cavab olaraq “Su və Davamlı İnkişaf”, “Davamlı Su Resurslarının İdarə Edilməsində İnnovativ Yanaşmalar” və duzsuzlaşdırma xüsusilə vurğulanmaqla alternativ su mənbələrinin əhəmiyyətini qabardıb.
Onun sözlərinə görə, su qıtlığı qlobal bir problemdir və bir çox ölkəyə təsir edir.
“İqlim dəyişikliyi ilə əlaqədar temperaturun yüksəlməsi, qeyri-müntəzəm yağıntılar və artan buxarlanma Azərbaycanın su ehtiyatlarını daha da azaldır.
Azərbaycan yarımsəhra iqlimində yerləşdiyindən məhdud su resurslarına malikdir və əsasən qonşu ölkələrdən (Gürcüstan, Türkiyə, Ermənistan) gələn Kür və Araz çaylarından asılıdır.
Bu, Azərbaycanı suyun keyfiyyəti və axını baxımından həssas edir.
Tam oxu
Xəbəri oxu