Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərbaycanın yeraltı su ehtiyatları təxminən 100 milyard kubmetr həcmində qiymətləndirilir.
Bu su ehtiyatının böyük əksəriyyəti şirin su kimi istifadə olunur". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.
Onun sözlərinə görə, göstərici nəzərəçarpacaq olsa da, suyun istifadə sahələrində düzgün bölgü və idarəetmə problemləri ciddi çətinliklər yaradır: "Hazırda ehtiyatların böyük hissəsi içməli su kimi istifadə olunur.
Halbuki suyun keyfiyyətinə görə texniki məqsədlərə daha uyğun olan hissəsi də mövcuddur.
Bakı şəhərində su təchizatı əsasən Şollar bulaqlarından, həmçinin Oğuz-Qəbələ kəmərlərindən təmin edilir.
Lakin bu qiymətli ehtiyatlar yalnız içməli su məqsədilə deyil, həm də məişət, təsərrüfat və texniki işlərdə istifadə olunur.
Avtomobillərin yuyulması, ağacların sulanması, zavod və fabriklərin fəaliyyəti buna misal göstərilə bilər.