Icma.az, Bizimyol saytına istinadən bildirir.
Yoxlama zamanı müəssisədə texnoloji axın ardıcıllığı prinsipinə riayət olunmadığı, filtr sistemlərinin istismarı və texniki xidmətinə dair qeydiyyatın aparılmadığı, emal prosesində istifadə olunan su çənlərinin dezinfeksiya edilmədiyi müəyyən edilib.
Bundan əlavə, “Suel” əmtəə nişanı altında qablaşdırılmış su məhsullarının etiketlənməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğu, suyun mənbəyi, istehsalçı məlumatları, istehsal və son istifadə tarixləri ilə bağlı istehlakçılara düzgün məlumat verilmədiyi aşkarlanıb.
Müəssisədə emal olunan sulardan laborator müayinələr üçün nümunələr götürülüb. Aşkar edilmiş nöqsanlarla bağlı obyekt rəhbəri barəsində inzibati protokol tərtib olunub və uyğunsuzluqlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib. (afsa.gov.az)