Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Abşeronda meyit tapılıb.
"Cebheinfo.az" lent.az-a istinadən xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Mahir Tofiq oğlu Ramazanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti gölün ərazisində aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
***
İri Şəhərlərin Su Təchizatı Ceyranbatanda meyit aşkar edilməsi barədə yayılan xəbərə münasibət bildirib.
İri Şəhərlərin Su Təchizatının Mətbuat xidmətindən bildirilib ki, yayılan xəbər doğru təqdim edilməyib:
"Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə Mahir Ramazanov ürəktutma səbəbindən dünyasını dəyişib".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin