Su İdmanı Federasiyasının mətbuat konfransı

01.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Füzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinin genişləndirilməsi və 2026-cı ildə əldə olunan nəticələrə dair mətbuat konfransı keçirilib.

Federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyevin iştirak etdiyi tədbirdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan idmanının inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edilib. Həmçinin Qarabağda müxtəlif idman yarışlarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Konfransda qurumun fəaliyyət istiqamətlərinin genişləndirildiyi, akademik avarçəkmə, kayak və kanoe ilə yanaşı, yelkən idmanı və idman balıqçılığının da federasiyanın fəaliyyət sahələrinə daxil olunduğu bildirilib. Yeni ad, loqo və rəsmi internet səhifəsi barədə məlumat verilib (azwatersports.az).

Sonda media nümayəndələrinin federasiyanın fəaliyyəti və gələcək planları ilə bağlı sualları cavablandırılıb.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью