Su kanalının sahilindən avtomat aşkarlandı

23.04.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağcabədi rayonunda Aşağı Avşar kəndi ərazisində su kanalının kənarından silah-sursat aşkarlanıb.

Modern.az xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 1 ədəd "Kalaşnikov" avtomatı, 25 ədəd patron və həmin silaha məxsus daraq götürülüb.

Bundan əlavə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 7 ədəd müxtəlif markalı ov tüfəngini polisə təhvil verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью