Su Melorasiya xidməti 275 min manata lüks maşın aldı VİDEO | Icma.az
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsinin “Xidməti yolsuzluq avtomobili”nin satın alınması ilə bağlı elan etdiyi tender yekunlaşıb.
AzPost xəbər verir ki, bu barədə Dövlət satınalmalarının vahid internet portalında rəsmi məlumat verilib.
Tenderin qalibi “Ramma” Qapalı Səhmdar Cəmiyyəti olub. Publik hüquqi şəxs Səhmdar Cəmiyyətə 1 ədəd avtomobilin alınması üçün 275 min manat p
Qeyd edək ki, satın alınmış avtomobilin göstəriciləri də elan edilib.
Belə ki, xidməti yolsuzluq avtomobilinin markası açıqlanmasa da buraxılış ili 2024, ban növü SUV, yanacaq növü benzin, at gücü minimal – 425, start-stop, twin -turbo ilə təchiz olunmuş, oturacaqların sayı minimal 8, qapı sayı 5, dönmə anı minimal 700 Nm, mühərrik minimal 3.5 L, silindirlərin sayı minimal 6, ən full komplektasiya ilə təchiz olunub.
Adaptasiya olunmuş hava asqıları, elektron düymə dəyişdiricisi, minimal 6 növ sürüş rejimi, ProPilot sistemi və ya ekvivalenti, avtomatik qəza əyləci, ön proqnoz toqquşma xəbərdarlığı, monolit ekran, head up displey, simvolik gölməçə lampası, masaj oturacağı və 4 tərəfə bel hissəsinin oturacağının tənzimlənməsi, yaddaş funksiyası, çoxrəngli salon işıqları, biometrik soyutma, hava filtr və ionizatör, oturacaqların qızdırılması və ventilyasiyası, premium dəri örtüyü, premium audio sistem klipsch və ya ekvivalenti, ağıllı kruiz kontrol, elektriklə tənzimlənən sükan çarxı, 3-cü sıra elektrikli oturacaqlar, arxa oturacaqların əyləncə sistemi, panoramik lyuk avtomobilin texniki göstəricilərinə daxildir.
Qeyd edək ki, tenderin qalibi olan “Ramma” Qapalı Səhmdar Cəmiyyəti 2010-cu ilin dekabr ayında təsis olunub.
Tam oxu
Xəbəri oxu