Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağstafada su motorundakı elektrik 38 yaşlı kişini öldürdü.
Lent.az xəbər verir ki, hadisə noyabrın 15-də Ağstafanın Düzqışlaq kəndində yaşanıb.
38 yaşlı Vəli Zeynalov saat 22 radələrində kəndində qohumuna məxsus fərdi yaşayış evin arxa hissəsində yerləşən su motorunu təmir edərkən elektrik vurması nəticəsində ölüb.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.