Su polisi Qəbələ və Lənkəranda çayların məcralarına qanunsuz müdaxilə halları aşkar edib

08.06.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Su polisi aidiyyəti qurumlarla birgə çayların mühafizə zolaqlarına qanunsuz müdaxilə hallarına qarşı tədbirlər keçirib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə birgə çayların mühafizə zonaları və məcralarına qanunsuz müdaxilə hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçiriblər.

Qəbələ və Lənkəran rayonlarında keçirilən son tədbirlər zamanı qeyd olunan ərazilərdə yerləşən çayların mühafizə zolaqlarında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb.

Müəyyən edilib ki, bəzi ərazilərdə müvafiq icazələr olmadan qazıntı işləri aparılıb, su mühafizə zonalarında müxtəlif təyinatlı qurğular inşa olunub, eləcə də çayların təbii axınına və ətraf mühitə mənfi təsir göstərən fəaliyyətlər həyata keçirilib.

Aşkarlanmış faktlarla bağlı toplanmış materiallar üzrə qanunvericiliyə uyğun zəruri hüquqi məsuliyyət tədbirləri görülür.

Araşdırmalar davam etdirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью