Su pompasının nasazlığı bu problemlərə gətirib çıxara bilər EKSPERTDƏN MƏSLƏHƏT | Icma.az
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq. “Su pompası mühərrikin soyutma sistemində mühüm rol oynayır.
Əgər xarab olarsa, bu əsaslı təmirə və ya mühərrikin dəyişdirilməsinə gətirib çıxara bilər”.
Avtosfer.az xəbər verir ki, bu barədə avtomobil mütəxəsissi Andrey Eqarmin deyib.
Ekspertin sözlərinə görə, soyuducu pompanın tıxanması maye dövranının dayanmasına səbəb olur.
Nəticədə mühərrik həddindən artıq istiləşir: “Əgər buna vaxtında diqqət yetirilməsə, yüksək temperatur silindr başlığının deformasiyaya uğramasına səbəb olacaq”.
O, həmçinin əlavə edib ki, pompanın nasazlığı kəmərin və ya zəncirinin qırılmasına gətirib çıxarır ki, bu da əyilmiş klapanlar kimi ciddi mühərrik problemlərinə səbəb ola bilər: “Bütün bu hallar sonda mühərrikin əsaslı təmiri və ya onun dəyişdirilməsi ilə nəticələnər.
Soyuducu vaxtında dəyişdirilmədikdə, soyutma sisteminin içərisində pas, çöküntü və çirk yığılır.
Bu da pompanın iş fəaliyyətinin azalmasına və onun sıradan çıxmasına səbəb olur”.
Tam oxu
Xəbəri oxu