Su problemi olan bu kəndə yeni xətt çəkilir Fotolar

13.10.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Uzun müddətdir su problemi olan Qazax rayonunun Daş Salahlı kəndinə yeni su xətti çəkilir.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindan (ADSEA) məlumat verilib.

Bildirilib ki, kəndi içməli su ilə təmin edən istismar müddəti bitmiş 14 kilometrlik dəmir boru kəməri 315 mm diametrli yeni polietilen borularla əvəzlənir.

“Bu işlərin görülməsi su təminatının yaxşılaşdırılması, xəttdə itkilərin azaldılması və suyun daha etibarlı şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin Abasbəyli gölündən çəkilən yeni kəmər minlərlə abonentin su təminatında mühüm əhəmiyyət kəsb edir”, - məlumatda vurğulanıb.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью