Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərə aylardır davam edən isti və quraq hava səbəbindən su ehtiyatlarının istifadəsinə məhdudiyyətlər tətbiq olunub.
“Cebheinfo.az” xəbər verir ki, 27 milyon nəfər şlanqdan istifadə qadağası ilə üzləşib.
Qadağaya əsasən, bağların şlanqla sulanması, avtomobillərin yuyulması və uşaq hovuzlarının doldurulması qadağan edilib. Qaydaları pozan şəxslər 1000 funt- sterlinqədək ( təxminən 2 295 manat ) cərimələnə bilər.
Quraqlığın davam edəcəyi təqdirdə məhdudiyyətlərin biznes sahələrinə də şamil olunması gözlənilir. Bu halda kommersiya nəqliyyat vasitələrinin və pəncərələrin yuyulması, eləcə də bəzi otellər, idman zalları və özəl klublardakı hovuzların doldurulması məhdudlaşdırıla bilər.
Hazırda Uelsin bütün ərazisində, İngiltərənin isə yarıdan çoxunda quraqlıq elan edilib.
Ölkə bu həftə temperaturun 36 dərəcəyədək yüksələcəyi gözlənilən ilin altıncı isti hava dalğasına hazırlaşır.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin