Su quyusuna düşən qadın öldü FOTO

17.11.2025

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ağstafa sakini bədbəxt hadisə baş verib.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Yenigün kənd sakini 1951-ci il təvəllüdlü Gülavatın Qəhramanova həyətlərindəki su quyusuna düşüb.
Hadisədən gec xəbər tutan yaxınları qadını çıxarmağa çalışsa da, 74 yaşlı G.Qəhrəmanova həlak olub.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma başladılıb.
Xatırladaq ki, noyabrın 16-da Bərdədə oxşar hadisə qeydə alınıb. 3 yaşlı Ayaz Cəfərov həyətlərində yeni qazılmış kanalizasiya quyusuna düşərək ölüb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью