Su təchizatı ilə bağlı YENİLİK: Fevralın 15 dən...

30.01.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

Fevralın 15-dən etibarən ölkənin su təchizatı infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi layihəsinin tam icrasına başlanacaq.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov Bakıda keçirilən "Su şəbəkəsinə qoşulma" işçi qrupunun mətbuat konfransında deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində müxtəlif dövlət qurumları ilə əməkdaşlıq genişləndirilib və aidiyyəti qurumlar prosesə fəal şəkildə qoşulub:
"Görülən işlər nəticəsində bəzi çətinliklərə baxmayaraq, ciddi irəliləyiş əldə olunub və layihənin icrası tam gücü ilə davam etdiriləcək. ADSEA layihənin həyata keçirilməsi çərçivəsində su şəbəkəsinə qoşulma qaydaları ilə bağlı təqdimat keçirməyi planlaşdırır".
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью