Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb

21.11.2024

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

İqlim fəaliyyəti üçün su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb.

AZƏRTAC xəbər verir ki, niyyət protokolunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev imzalayıblar.

“İqlim, təbiət və insanlar üçün Su Həyat Xəttinin Təbliği” mövzulu tədbirin yüksəksəviyyəli açılışında imzalanan niyyət protokolu təşəbbüsün gələcək fəaliyyətlərinin icrasına dəstəyi nəzərdə tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью