Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb

21.11.2024

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqlim fəaliyyəti üçün su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb.

Niyyət protokolunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev imzalayıblar.

“İqlim, təbiət və insanlar üçün Su Həyat Xəttinin Təbliği” mövzulu tədbirin yüksəksəviyyəli açılışında imzalanan niyyət protokolu təşəbbüsün gələcək fəaliyyətlərinin icrasına dəstəyi nəzərdə tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью