Su və qum təmizdir, amma... Hər yeri zibilləyib gediblər

23.07.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nardaran qəsəbəsinin sahil ərazisində müşahidə olunan antisanitar vəziyyət narazılığına səbəb olub.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, dəniz suyu təmiz olsa da, sahilboyu ərazi istirahətə gələn bəzi vətəndaşların atdığı məişət tullantıları ilə çirkləndirilib. Əraziyə baxış zamanı sahildə plastik butulkalar, qida qabları, sellofan paketlər və digər zibillərin qalaqlandığı görünür.

Sakinlər aidiyyəti qurumlarla yanaşı, vətəndaşları da ətraf mühitə qarşı daha həssas davranmağa və istirahətdən sonra tullantıları nəzərdə tutulmuş zibil qutularına atmağa çağırırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью