Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Biz həmişə suya qənaətdən danışırıq ! Əlbəttə , hamı suya qənaət etsə, ölkəmizdə su qıtlığı yaranmaz! Onsuz da bu gün dünyada içməli su problem var!Belə olduğu halda, heç şübhəsiz ki, dünyəvi problemin həllinə bütün ölkələr kömək eləməlidir!
Nə isə ... Noyabrın 14- də Yeni Günəşli yaşayış sahəsinin " D" massivində saat saat 13:05- də , konkret olaraq " OBA" marketin yaxınlığından gedən yolda su xətti partlamış və içməli su küçəyə axmağa başlamışdı. Su çox sürətlə axırdı. Suyun qarşısın almaq üçün sakinlər partlamış yerə mişar daşı qoymuşdular.
Qəza ilə bağlı isə Suraxanı rayon Su-kanal İdarəsinin qəza xidmətinə məlumat.verilmişdi! Təəssüf ki, onlar gəlib çıxmaq bilmirdi! Üç-dörd saat su küçəyə axdı. Axır ki, axşamüstü məlum qurumun əməkdaşları gəlib problemi həll etdilər!!!
Emil FAİQOĞLU