Sualı erməni tərəfə verin Rusiya XİN

16.11.2024

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Erməni tərəfinin bəyanatlarında İrəvanı KTMT-nin bütün iş formatlarından uzaqlaşdırmaqdan bəhs edilir.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın noyabrın 28-də keçiriləcək KTMT sammitində iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.

Yüksək rütbəli diplomatdan Ermənistanın KTMT-nin qarşıdakı tədbirlərində, o cümlədən liderlərin görüşündə iştirak etmək şansının olub-olmaması ilə bağlı sual verilib. “Sualı erməni tərəfə verin”, - deyə Pankin reaksiya göstərib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, “KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhlükə yaradır”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью