Suares 49 yaşlı kişini intihardan çəkindirə bilib

06.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Uruqvay millisinin bombardiri Luis Suares intihar etmək istəyən 49 yaşlı kişini fikrindən daşındırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Telenoche" məlumat yayıb.

Syudad de la Kosta şəhərində kişi boynuna kəndir taxaraq ağaca dırmaşıb və özünü asacağını bildirib. Suares hadisə yerində olub və şəxsən həmin şəxsi aşağı enməyə razı salıb. Kişi bunu 18 saat ağacda qaldıqdan sonra edib. Hazırda o, psixiatrik müayinədən keçməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью