Suares 6 oyunluq cəza aldı | Icma.az
Yeniavaz saytına istinadən Icma.az xəbər verir. ABŞ-nin “İnter Mayami” futbol klubunun uruqvaylı hücumçusu Luis Suares Liqa Kubokunun final
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Bununla yanaşı, oyunsonrası dava ilə əlaqədar, “Sietl Saunders” komandasının baş məşqçisi Stiven Lenhart 5 oyun, “İnter Mayami”nin futbolçuları - müdafiəçi Tomas Aviles 3 oyun və yarımmüdafiəçi Serxio Buskets 2 oyun diskvalifikasiya edilib.
Diskvalifikasiya yalnız Liqa Kuboku oyunlarına aiddir və diskvalifikasiya edilmiş şəxslərin Böyük Futbol Liqasının (MLS) oyunlarında iştirakına mane deyil.
Qeyd edək ki, qarşılaşma sentyabrın 1-də baş tutub və “Sietl Saunders” komandasının qələbəsi ilə (3:0) başa çatıb.
Oyundan sonra texniki zonaya gedən Suares rəqib komandanın heyət üzvlərindən birinə tüpürüb.
Futbolçu daha sonra davranışına görə üzr istəyib. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu