Icma.az, futbolpress-az saytına istinadən bildirir. ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Luis Suares 6 oyunluq cəzalandırılıb.
Futbolpress.az xəbər verir ki, buna səbəb forvardın Liqalar Kubokunda “Sietl Saunders”lə matçda rəqib klubun əməkdaşlarından birinə tüpürməsi olub.
“Sietl Saunders”in 3:0 hesabıyla qalib gəldiyi matçın final fitindən sonra meydanda ara qarışıb.
Futbolçular və klub nümayəndələri arasında mübahisə yaranıb.
Nəticədə “Sietl Saunders”in məşqçisi Stiven Lenhart (5 oyun), o cümlədən “İnter Miami”nin daha iki futbolçusu Tomas Aviles (3 oyun) və Serxio Buskets (2 oyun) cəzalanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.