Suaresin dublu “İnter Mayami”yə kömək olmadı

01.10.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Çikaqo Fayr”la qarşılaşıb. 8 qolun vurulduğu matç “İnter Mayami”nin məğlubiyyəti ilə başa çatıb – 3:5.

Luis Suares görüşdə iki qolla yadda qalıb. Matça startda başlayan Messi isə fərqlənə bilməyib.

“İnter Mayami” 31 oyundan sonra 56 xalla 6-cı sıradadır. “Çikaqo Fayr” isə 51 xalla 12-cidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью